4 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda elmin maliyyələşmə mexanizmi hazırlanacaq

“Elm sahəsində çalışan şəxslərin rəqabətli əməkhaqqı alması çox aktualdır”.

Bunu Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova deyib.

O qeyd edib ki, gələn ilin dövlət büdcəsində bu illə müqayisədə elmə ayrılan vəsait artırılıb: “Elm fəaliyyətdə olan, məqalələrini dünyanın nüfuzlu jurnallarında çap etdirən alimlər üçün motivasiyalandırıcı tədbirlərin də həyata keçirilməsi nəzərdə tutulur. Bəzi universitetlər fərdi təşəbbüsü ilə yaxşı məqalələri çap etdirən müəllimlərinə mükafatlar verir. Lakin bu, ali təhsil müəssisələri arasında sistemli deyil. Bir yaxşı məqaləni çap etdirmək 1 ildən 2 ilədək vaxt tələb edir, bu da uzun prosesdir. Ona görə alimlərin mükafatlandırılması və elmin maliyyələşmə mexanizminin hazırlanıb təqdim edilməsi nəzərdə tutulur”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər