9 C
Baku
Saturday, December 21, 2024

Azərbaycanda fəaliyyət göstərən İraq şirkətlərinin sayı açıqlanıb

Bu gün Azərbaycanda 170-ə yaxın İraq kapitallı şirkət iqtisadiyyatın müxtəlif sektorları üzrə fəaliyyət göstərir.

Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən Azərbaycan-İraq biznes forumunda bildirib.

“Azərbaycan şirkətlərinin də İraqda fəaliyyəti üçün geniş potensial mövcuddur. Şirkətlərimiz İraqda böyük infrastruktur layihələrində podratçı qismində iştirak edib və hazırda bu ölkədə inşaat, enerji və su təchizatı, yol və körpülərin tikintisinə tələb şirkətlərimiz üçün yeni imkanlar açır”, – deyə o qeyd edib.

Nazir həmçinin deyib ki, bu ilin yanvar-iyul aylarında iki ölkə arasında ticarət dövriyyəsinin dəyəri illik müqayisədə 49% artıb.

“Ölkələrimizin liderlərinin uzaqgörən siyasəti nəticəsində Azərbaycan və İraq arasında ikitərəfli münasibətlər getdikcə güclənir: Bu baxımdan 20 noyabr 2023-cü ildə İraq Prezidenti Əbdüllətif Camal Rəşidin Azərbaycana rəsmi səfərini xüsusi qeyd etmək istəyirəm. Bu səfər əlaqələrimizin hüquqi əsaslarının genişləndirilməsinə mühüm töhfə verib, siyasi, sosial, turizm və nəqliyyat kimi sahələri əhatə edən sazişin və Anlaşma Memorandumlarının imzalanması tərəfdaşlığımızı daha da möhkəmləndirib”, – deyə M.Cabbarov əlavə edib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər