27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanın ilk özəl aviaşirkəti ləğv olunur

“Turan Air” MMC ləğv olunduğunu elan edir.

Banker.az xəbər verir ki, kreditorlar iki ay ərzində tələblərini AZ-1044 Bakı şəhəri, Xəzər rayonu, H.Əliyev Beynəlxalq Aeroportu ünvanına bildirə bilərlər.

Qeyd edək ki,  Azərbaycanda fəaliyyət göstərən özəl aviaşirkətdir. “Turan Air” aviaşirkəti 1994-cü ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 2 470 000 manatdır və qanuni təmsilçisi Gülnarə Quliyevadır.  Şirkətin təsisçiləri «Azərbaycan Hava Yolları» Dövlət Konserni və «İTİ Trading İnternational» amerikan şirkəti olub. 1997-ci ilin yanvar ayında «AZAL» DK şirkətin təsisçiləri sırasından çıxmış, aviaşirkət “Turan Air” Azərbaycan-Ofşor birgə müəssisəsi adı altında yenidən qeydiyyata alınıb.

Son xəbərlər
Digər xəbərlər