12 C
Baku
Sunday, October 27, 2024

Azərbaycanda fevralda daha çox bahalaşan məhsullar açıqlandı – Siyahı

Dövlət Statistika Komitəsi 2021-ci ilin fevral ayında daha çox bahalaşan və ucuzlaşan məhsulları açıqlayıb.

Cari ilin fevral ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox
bahalaşma unun, manna və qarabaşaq yarmasının, makaron məmulatlarının, peçenyenin,
vaflinin, toyuq ətinin, təzə və dondurulmuş balığın, südün, yoqurtun, xamanın, kəsmiyin,
pendirin, yumurtanın, kərə və bitki yağlarının, limonun, portağalın, naringinin, bananın,
almanın, armudun, heyvanın, narın, xurmanın, fındığın, şabalıdın, kələmin, xiyarın,
pomidorun, balqabağın, bibərin, badımcanın, kartofun, soğanın, sarımsağın, şəkər və şəkər
tozunun, şokolad məmulatlarının, çayın, kola içkisinin, meyvə şirəsinin, arağın qiymətindədir.

Ucuzlaşma isə əsasən mal və qoyun ətinin qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq
məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Son xəbərlər
Digər xəbərlər