27 C
Baku
Friday, July 19, 2024

Azərbaycanda fevralda iqtisadiyyat illik 5% artıb – RƏSMİ

2024-cü ilin yanvar-fevral aylarında ölkədə 18 milyard 576.9 milyon manatlıq (10 milyard 927.59 milyon dollar) ümumi daxili məhsul istehsal olunub.

Banker.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bu da illik müqayisədə 5% artımdır.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0.7 faiz azalmış. qeyri neft-qaz sektorunda isə 10.1 faiz artmışdır.

ÜDM istehsalının 39.9 faizi sənaye. 9.9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri. 7.0 faizi nəqliyyat və anbar təsərrüfatı. 5.5 faizi tikinti. 2.7 faizi kənd təsərrüfatı. meşə təsərrüfatı və balıqçılıq. 2.2 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə. 1.7 faizi informasiya və rabitə sahələrinin. 19.8 faizi digər sahələrin payına düşmüş. məhsula və idxala xalis vergilər ÜDM-in 11.3 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 1 824.1 manata bərabər olmuşdur.

 

Son xəbərlər
Digər xəbərlər