11 C
Baku
Wednesday, November 13, 2024

Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə proqnoz 12 % artırılır

2024-cü ildə Azərbaycanda dövlət büdcəsi gəlirlərinin 1 milyard 895 milyon manatının və yaxud 5,55 %-nin fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların payına düşəcəyi proqnozlaşdırılır.

Banker.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 11,5 % çoxdur.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 34 milyard 173 milyon manat, büdcə xərclərinin isə 36 milyard 763 milyon manat olacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər