Azərbaycanda son illərdə investisiya şirkətləri müştərilərinin marja ticarətində (forex bazarı) zərər və mənfəət üzrə nisbətlərini təqdim etməyə başlayıblar. Marja ticarəti investorlara kreditlə (leverec) daha böyük həcmdə ticarət aparmağa imkan verir. Bu ifadə həmin dövr ərzində müştərilərin qazandığı və itirdiyi pulların faiz nisbətini və ya ümumi balansı göstərir.
Banker.az-ın araşdırmasına görə, marja ticarətində beş aktiv forex əməliyyatları təklif edən broker var və onların hər birində, demək olar ki, zərər nisbəti mənfəətliliyi üstələyir. Lakin bu zərər nisbətinin olması normaldır və hətta əksər ölkələr üzrə göstəricidən bir qədər aşağıdır. Məsələn, Avropa, Asiya və ABŞ-də brokerlərin zərərlilik nisbəti 75-80% təşkil edir.
İlin əvvəli üçün aparılan öncəki araşdırmamızdakı ilə müqayisədə zərərlilik göstəriciləri artıb. Məsələn, “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-də müştəriməbləğdə zərərlilik sabit qalsa da, müştəri sayı baxımından zərərlilik əmsalı 52%-dən 63%-ə, “Assist Finance İnvestsiya Şirkəti” ASC-də 33%-dən 53%-ə yüksələrkən, ölkənin bu sahədə daha aktiv olan brokeri “İnvestAZ İnvestsiya Şirkəti”ində isə məbləğ baxımından zərərliliyi 51%-dən 44%-ə, sayda isə 60%-dən 62%-ə, “UniKapital İnvestsiya Şirkəti” ASC-də (Uniforex) məbləğ baxımından 65%-dən 55%-ə, sayda isə 62%-dən 64%-ə yüksəlib.
“PAŞA Kapital İnvestsiya Şirkəti” QSC-nin isə bu istiqamətdəki mövqeyi dəyişməz qalıb.
Banker.az-ın İnvestisiya bölməsi həmin siyahını təqdim edir:
Qeyd edək ki, Mərkəzi Bankın “Marja ticarəti Qaydası”nın 11.3-cü maddəsinə görə, investisiya şirkətləri mənfəət və zərərdə olan müştəri hesablarının faiz nisbətini (həm say üzrə, həm də məbləğ üzrə) rəsmi internet səhifəsinin ilk səhifəsində diaqram formasında açıqlayır və rüblük qaydada yeniləyir.