“Növbəti il üçün yaşayış minimumu inflyasiya səviyəsi nəzərə alınmaqla 196 manat, o cümlədən, əmək qabiliyyətli əhali üçün 207 manat, pensiyaçılar üçün 162 manat, uşaqlar üçün isə 175 manat olan qanun layihəsi hökumətə təqdim edilib”.
Bunu Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisdə büdcə müzakirəsi zamanı deyir.







