14 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanda gənc BOKT-un kapitalı 10 dəfə artırılır

Azərbaycanda lizinq şirkətinin BOKT-nin nizamnamə kapitalı 10 dəfə artırılıb.

Bu barədə Banker.az-ın əldə etdiyi xəbərdə deyilir.

Məlumata görə, “Prior Leasing” MMC-nin törəməsi olan “Prior Credit BOKT” ASC-nin nizamnamə kapitalı, 2 700 000 manat, yaxud 10 dəfə artırılmaqla 3 000 000 manata çatdırıb.

“Prior Credit BOKT” 2020-ci ilin mayında yaradılıb və səhmdarı 100% payla “Prior Leasing” MMC-dir. BOKT yarandığı aydan dörd ay sonra requlyator Mərkəzi Bank tərəfindən lisenziya aldı.

BOKT-nin 5 filialı və 8 nümayəndəliyi vardır.

2020-ci ildən BOKT kredit ayırmadığından gəlir əldə etməyib. İnzibati xərclər ilə əlaqədar olaraq “Prior Credit BOKT” ötən ili 12 614 000 manat xalis zərər ilə bağlayıb.

Son xəbərlər
Oxşar xəbərlər