7 C
Baku
Saturday, December 7, 2024

Azərbaycanda gizlənən, terror təşkilatına bağlı Türkiyəli iş adamı həbs edildi – FOTO

Azərbaycanda uzun müddətdir gizlənən və bizneslə məşğul olan türkiyəli iş adamı Uğur Dəmirok Türkiyənin Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən həbs edilib.

Banker.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, saxlanılan türkiyəli biznesmen ölkəsində “Silahlı Terror Təşkilatının yaradılması və idarə olunması” ittihamı ilə axtarışda olub.

İstanbul Çağlayan Ədliyyəsinə gətirilən Ugur Demirok, ifadəsi alındıqdan sonra Sülh Cəza Hakimliyinə aparılıb. Türkiyəli iş adamı məhkəmə ilə əməkdaşlıq edəcəyini bildirərək cəzasının yüngülləşdirilməsini istəyib.

İstanbul 9-cu Sülh Cəza Məhkəməsində hakim qarşısına çıxarılan Demirok haqqında həbs qərarı verilib və o, həbsxanaya göndərilib. Cinayət işi ilə bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, həbs edilən şəxsin 1999-cu ildə dərsxanaya gedərkən FETÖ ilə əlaqəsi yaranıb. O, ifadəsində deyib ki, təşkilatla əlaqəsini 2015-ci ilin ortalarında dayandırıb. Daha sonra Azərbaycana gedib və orada bir həkim qadınla tanış olub. Dəmirok 2016-cı ildə həmin qadınla Azərbaycanda şirkət yaradıb. O, məhkəmədə biotibb mühəndis olduğunu və aylıq qazancının 20 min türk lirəsi olduğu deyib.

dəmirok feto 9887788
Son xəbərlər
Digər xəbərlər