8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda göz bankı yaradıla bilər

Azərbaycanda göz qişalarının saxlanması üçün göz bankı yaradıla bilər. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov tərəfindən qaldırılıb.

Məsələyə münasibət bildirən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, göz bankının yaradılması üçün bir neçə məsələlər öz həllini tapmalıdır:

“Göz qişası yalnız meyitdən götürülür. Azərbaycanda meyitdən göz qışası götürmək olar, amma “Transplantasiya haqqında” qanunun bu müddəasını reallaşdırmaq üçün beyin ölümünün kriteriyaları müəyən olunmalıdır. Səhiyyə Nazirliyi tərəfindən bu kriteriyalar müəyyənləşib və təsdiq üçün Nazirlər Kabinetinə göndərilib”.

M.Quliyev əlavə edib ki, eyni zamanda meyitdən orqan və toxumaların götürülməsi üçün müəyyən müvafiq klinikalar olmalıdır və bu iş həmin klinikalarda həyata keçirilməlidir: “Bu məsələlər reallaşdıqdan sonra Azərbaycanda göz bankının yaradılması mümkündür”.

Son xəbərlər
Digər xəbərlər