35 C
Baku
Tuesday, June 18, 2024

Azərbaycanda gübrə satan şirkət bu səbəbdən 2023-cü ilin ilk yarısında zərərə düşüb

Azərbaycanda “Gübre.az” kimi tanınan “Aqrar İnnovasiya və Təchizat Şirkəti” ASC 2023-cü ilin ilk yarısında 2 milyon 224 min manat üzərində zərər etdiyi məlum olub.

Banker.az bu barədə şirkətin yarım illik maliyyə hesabatına istinad edir.

Hesabatda qeyd edilir ki, şirkətin ilin birinci yarısında əsas əməliyyat istiqamətindən 23 milyon 914 min manata yaxın gəlir əldə edib. Halbuki 2022-ci ilin 12 ayı üzrə cəmi 34 milyon 366 min manatlıq gəlir əldə etmişdi. Belə ki, bu illik müqayisə üçün satışlar eyni tempdə davam edərsə şirkətin ümumi gəlirləri ilin sonuna 40 milyon manatın üzərinə çıxa bilər.

Lakin gəlirlərlə bağlı şirkətin digər “qayğıları” ona yarım ili mənfəətlə bitirməsinə mane olub. Satışın maya dəyəri 21 milyon 90 min manat üzərində olub. 2022-ci ildə 127% olduğu halda, bu rəqəm cari ilin ilk yarısında 134%-ə yüksəlib. Bu o deməkdir ki, şirkət cari ildə aqrar məhsulların mayasına daha çox xərclər çəkib.

Digər tərəfindən şirkətin ilk yarıdakı inzibati xərvləri 3 milyon 405 min manata qalxıb. 2022-ci ilin 12 ayı üzrə bu rəqəm 4 milyon 670 min manatdırsa, ehtimal ki, şirkətin bu xərclərinin öncəki ilin eyni dövründən xeyli yuxarı edir.

Bununla da şirkətin kapital balansında bölüşdürülməmiş mənfəət 3 milyon 304 min manata qədər azalıb.

Qeyd edək ki, şirkət hazırda kapital bazarında səhm emitentidir. O, 23 fevral 2023-cü il tarixində Bakı Fond Birjasında 100 min manatlıq səhm buraxıb və həmin səhmi Afaq Məcidova adlı şəxs alıb. O, səhmlərinin 100%-nə nəzarət edir.

Gübre.az bazarda aqrar kimyəvi məhsullar, gübrə və toxum satışını həyata keçirir.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər