8 C
Baku
Wednesday, October 30, 2024

Azərbaycanda gündəlik neft hasilatı 700 min barreli ötüb

2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704.4 min barrel olub.

Banker.az xəbər verir ki, bu barədə Energetika Nazirliyinin açıqlamasında deyilir.

Bunun 585.9 min barrelini xam neft, 118.5 min barrelini isə kondensat təşkil edib.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barrelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barrel həcmində olmasını nəzərdə tuturdu.

Nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barrel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barrel çox, yəni 647 min barrel istehsalına imkan yaradır.

Son xəbərlər
Digər xəbərlər