12 C
Baku
Şənbə, Oktyabr 23, 2021

Azərbaycanda güzəştli ipoteka kreditləşməsinə gələn il 81 mln. manat ayrılacaq

Əhalinin mənzilə olan tələbatının ödənilməsi və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə güzəştli ipoteka kreditlərinin verilməsi üçün İpoteka və Kredit Zəmanət Fonduna 87,5 mln. manat vəsait yönəldiləcək.

Bu barədə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Qanun layihəsinə Hesablama Palatasının verdiyi rəydə bildirilir.

Fonda yönəldiləcək vəsaitin 81 mln. manatı güzəştli ipoteka kreditlərinin verilməsi, 6,5 mln. manatı isə sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi üçün nəzərdə tutulur.

Bundan başqa, Mənzil İnşaatı Dövlət Agentliyi publik hüquqi şəxsə dövlət büdcəsindən 73,1 mln. manat vəsait ayrılacaq.

Son xəbərlər
Oxşar xəbərlər