5 C
Baku
Wednesday, February 21, 2024

Azərbaycanda “Həyatın yığım sığortası”nın imkanları məhdudlaşdırılır

Azərbaycan Mərkəzi Bankının qərarına əsasən ölkədə fəaliyyət göstərən bütün həyat sığorta şirkətləri “Həyatın yığım sığortası” məhsulundan istifadə edən müştərilərə kredit xəttinin açılmasını dayandırırlar.

Bu barədə sığorta şirkətlərindən bildirilib.

Belə ki, bu ilin sentyabrın 1-dən heç bir həyat sığorta şirkəti kredit xətti təklif etməklə müştərini bu məhsulun əldə edilməsinə cəlb edə bilməyəcək.

Qeyd edək ki, “Həyatın yığım sığortası” məhsulundan istifadə edənlər gəlirlərini artırmaq məqsədi ilə əmək haqqının əsas hissəsini yığım sığortasına yönəldirlər. Əvəzində şirkətlər sığortaolunanlara illik 7,5 %-lə kredit xətti təklif edirlər.

Nəticədə isə, “Həyatın yığım sığortası” məhsulundan istifadə etməklə əmək haqqının əsas hissəsindən 50 % və ya 72 % (ə/h-dan asılı olaraq) qazanc və aşağı faizlə kredit xətti əldə edilir.

Kredit xəttinin üstünlüyü ondan ibarətdir ki, əmək haqqının əsas hissəsinin sığortaya ödəməklə güzəştlərdən daha çox faydalanmaq imkanı ilə yanaşı, kredit borcunun və kredit faizinin ödənilməsi müddətinin sonunda yığım hesabı vasitəsi ilə qaytarılmasıdır.

Xatırladaq ki, Azərbaycanda 5 həyat sığorta şirkəti fəailiyyət göstərir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər