7 C
Baku
Bazar, Dekabr 5, 2021

Azərbaycanda hansı karqo şirkəti daha sərfəlidir?

Son dövrdə insanlarda xaricdən məhsulların alınmasına maraq olduqca artdığından daşınma ilə məşğul olan şirkətlərin sayı da günbəgün artır.

Buna görə də, Banker.az karqo şirkətlərinin artdığı bir dövrdə daşınma şirkətləri ilə bağlı araşdırma edib.

Xaricdən sifariş etmək üçün müəyyən mərhələlərdən keçməliyik. Bunlar aşağıdakılardır:

  • sifariş etmək istədiyimiz məhsulun yerləşdiyi sayt və ya tətbiqdən qeydiyyatdan keçmək;
  • özünüzə uyğun karqo şirkəti seçmək və oradan qeydiyyatdan keçmək;
  • Dövlət Gömrük Komitəsinin rəsmi saytında sadələşdirilmiş elektron ticarət bəyannaməsində aldığınız məhsulu bəyan etmək üçün qeydiyyatdan keçmək.

Məhsulu almadan əvvəl karqo şirkətlərinə nəzər yetirmək lazımdır. Ümumiyyətlə, Azərbaycan bazarında Türkiyədən çatdırılma edən bir çox karqo firmaları var. Türkiyədən çatdırılma edən karqo şirkətləri iki yerə ayrılır. Birinci növ karqo firmaları sifarişinizi  qısa zamanda Türkiyədən Azərbaycana çatdırır, lakin təklif etdikləri qiymətlər çox yüksək olur. İkinci növ karqo şirkətləri münasib qiymət təklif etsələr də, Türkiyədən çatdırılma edərkən sürətləri tısbağadan bir az fərqlənir.

Xidmətləri təqdim edən karqo şirkəti həm də gömrükdə və sənədlərin doldurulmasında çətinlikləri öz üzərinə götürür. Beləliklə, dil bilməməyimiz, mədəniyyət anlayışımızın lazımi sənədləri doldurmaq bacarıqlarımızın olmaması, başqa bir ölkədə özbaşına təchizatçı tapa bilməməyimiz aradan qaldırılır. Karqo şirkəti çətin və ya uzaq bir bölgədən sürətli və vaxtında çatdırılma üçün yeganə həll yoludur.

Karqo şirkətləri müştərilərinə bütün növ xidmətlər təklif edir:

  • göndərilən ölkədəki anbarda yükün Təchizatçıdan qəbulu / götürülməsi;
  • malların daşınması qaydalarına uyğun olaraq qablaşdırma (lazım olduqda);
  • yükün təyinat yerinə çatdırılması;
  • gömrük ödənişlərinin optimallaşdırılması ilə gömrük rəsmiləşdirilməsi;
  • dəstəkləyən sənədlər;
  • icazələr;
  • yük sığortası.

Bütün bunlar nəql olunan yüklərin kilo və ya kub başına hesablamalara əsaslanan sabit bir çatdırılma dərəcəsindədir.

Yük çatdırılması (qiyməti) nədən asılıdır?

  • Yükün çəkisindən və parametrlərindən;
  • Hansı mal qrupuna aid olduğundan;
  • Son təyinat yerindən;
  • Yükün çatdırılacağı nəqliyyat növündən;
  • Sığortanın mövcudluğu / olmaması barədə;
  • Göndərənin anbarının yerləşdiyi bölgədən və əsas gediş məntəqəsindən olan məsafədən.

Hansı mallar daşınmaya tabe deyil?

Azərbaycan Respublikasına gətirilməsi qadağan olunan məhsullar var:

  • ət və süd;
  • bitkilər;
  • toxum;
  • dərmanlar;
  • balıq torları;
  • gizli nəzarət üçün cihazlar;
  • müşayiətedici sənədlər və işarələr olmayan mayelər.

Azərbaycanda daşınma ilə məğul olan bir çox karqo firmaları var. Onlardan “Starex”, “Mover”, “Kango”, “Colibri”, “Canex” və “Limak”ı müqayisə edək. Hər birinin özünəxas şərtləri var. Bunun üçün də karqo şirkəti seçərkən hər birini diqqətli təhlil etməli, hansı sizə daha çox uyğun gəlirsə, onu seçməlisiniz.

  • “Starex” daşınma şirkəti yuxarıda adını çəkdiyimiz kargolar arasında Türkiyədən çatdırılma haqqına görə ən yüksək tarifi olan şirkətdir. Şirkətin verdiyi məlumata görə, Türkiyədən həftədə 6 dəfə olmaqla göndəriş edilir. Türkiyədən qəbul olunmuş mallar isə 1-5 gün ərzində Azərbaycana çatdırılır. Türkiyədən çatdırılma haqqı 1 kq-a görə $5.50 və ya ₼9.35-dir. Qeyd edək ki, “Starex”in, həmçinin Amerika və Çindən də çatdırılması mövcuddur. Amerikada 1 kq-a gətirilmə haqqı $7.9 və ya ₼13.43, Çindən isə $9.5 və ya ₼16.15-dır.
  • “Mover” daşıyıcı şirkəti insanlar arasında məşhurlaşan karqo şirkətlərindən biridir. Şirkət Türkiyə, ABŞ, BƏƏ və Rusiyadan məhsul daşınması ilə məşğul olur. “Mover”in Türkiyədən 1kq-a görə daşınma haqqı $4.5 və ya ₼7.65, ABŞ, Çin və BƏƏ-dən isə $7.5 və ya ₼12.65-dır. “Mover” şirkətində maye məhsullarının 1kq-a görə tarifi isə $7.5 və ya ₼12.65-dır.
  • “Kango” şirkəti “Mover”dən fərqli olaraq, maye və standart məhsullarının həcminə görə daşınma haqqı eynidir. “Kango” şirkətində həmçinin “Təcili sifariş xidməti” seçimi mövcuddur. Sifarişçilər Türkiyə saytlarından alış-veriş etmək üçün müraciət edərək “Biz alaq” xidmətindən istifadə edirlər. Bunun üçün də göndərilən linklərin sifariş olunması növbə ilə həyata keçirilir. Sifarişlərin növbədənkənar həyata keçirilməsi üçün “Təcili sifariş” xidmətini seçə bilərsiniz. Bu ödəniş göndərilən hər link üçün ayrı-ayrılıqda yox, toplam 1 dəfə olur. Qeyd edək ki, “Təcili sifariş” xidməti seçdiyiniz zaman 1$ (bir dollar) xidmət haqqı ödəyirsiniz. Türkiyədən 1kq-a görə sifariş haqqı $4.5 və ya ₼7.65-dır.
  • “Colibri” daşınma şirkəti sadaladığımız şirkətlər arasında 6 ölkədən çatdırılma edən tək karqo şirkətidir. Belə ki, şirkət İngiltərə, Almaniya, Türkiyə, Amerika, İspaniya və BƏƏ-dən daşınma işi ilə məşğuldur. Daşınma haqları isə ölkədən aslı olaraq dəyişir. Daha aydın şəkildə izah etsək, BƏƏ, ABŞ və Türkiyədən daşınma haqqı dollarla, İngiltərədən funt sterlinqlə, Almaniyadan isə avro ilə hesablanır. Bundan başqa İngiltərə, Almaniya, ABŞ və Türkiyədən ölçüsü 100 sm-dən böyük olan bağlamaların çatdırılma haqqı hesablanarkən həm həcmi, həm də fiziki çəki nəzərə alınır. Tarif cədvəli isə aşağıdakı kimidir:
Ölkə Daşınma haqqı
Türkiyə 1kq- $5.45 və ya ₼9.30
ABŞ 1kq- $7.45 və ya ₼12.70
BƏƏ 1kq- $5.50 və ya ₼9.35
İngiltərə 1kq- £7.05  və ya ₼16.20
Almaniya 1kq- €8 və ya ₼15.45

 

Qeyd: Maye məhsullarına dair tarif yalnız Türkiyədən çatdırılmada mövcuddur:  1 kq-a görə $9.9 və ya ₼16.83

  • Növbəti müqayisə edəyəcəyimiz karqo şirkəti “Canex” Qeyd edək ki, bu karqo şirkəti yalnız Türkiyədən çatdırılma edir. Şirkətin məlumatına görə, bağlamanız xarici anbara daxil olduqdan sonra 12 saat ərzində “Xarici anbardadır” statusunu alır. Həftədə 2 dəfə (çərşənbə və şənbə günü) ölkəyə göndərilir və 1-7 iş gün ərzində Azərbaycana çatdırılır. Standart və maye olaraq tariflər iki yerə ayrılır: Standartın 1 kq-a görə qiyməti $3.69 və ya ₼6.30, mayenin isə $4.50 və ya ₼7.65-dır.
  • Sonuncu müqayisə edəcəyimiz şirkət isə “Limak”dır. Bu şirkət “Canex”dən fərqli olaraq, həm Türkiyədən, həm də ABŞ-dan çatdırılma edir. Tarifləri isə belədir: Türkiyədən $4.50 və ya ₼7.65, ABŞ-dan isə $6.50 və ya ₼11.05

Yuxarıda qeyd etdiyimiz mərhələlərdən sonuncu isə aldığınız məhsulun bəyan edilməsidir. Fiziki şəxs ay ərzində beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ödənişi etmədən bir dəfə məhsul alışı həyata keçirə bilər. Dövlət Gömrük Komitəsi bu prosesi rahat həyata keçirmək üçün “Sadələşdirilmiş Bəyannamə -Elektron Ticarət” layihəsini təqdim edib. Yeniliyə görə, beynəlxalq poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə sifariş edilən bağlamalar “Sadələşdirilmiş Bəyannamə – Elektron Ticarət” tətbiqi vasitəsilə bəyan olunmalıdır.

Sadələşdirilmiş elektron ticarət bəyannaməsi – Xaricdən alınan və poçt/daşınma şirkətləri tərəfindən gətiriləcək malları bəyan edib, rüsumlarını ödəmək üçün elektron xidmət.

Xaricdən alınan malları bəyan etmək olduqca sadə və asan bir prossesdir. Bu prosesi həyata keçirmək üçün ilk öncə mobil telefon və ya kompyuterə yüklədiyiniz “Smart customs” tətbiqi vasitəsilə “ASAN Login”lə qeydiyyatdan keçərək, şəxsi kabinet yaratmalısınız. Bunu, həmçinin Dövlət Gömrük Komitəsinin saytında da həyata keçirmək mümkündür. Qeydiyyatdan keçmək üçün ilk öncə  “Smart Customs” tətbiqini yükləyirik.

b13552c7 c8c6 42a0 bb76 6a2e20acba66

Proqram açıldıqda “ASAN Login”ə daxil olaraq, özümə profil yaradırıq. Profil yaratmaq üçün “İdentifikasiya nömrəsi ilə” hissəsində qeydiyyatdan keçirsiniz. Bunun üçün sizə şəxsiyyət vəsiqəsinin Fin nömrəsi və mobil nömrə lazımdır.

b97b3928 5d4d 4047 93fb d7bd98b44383

Bunları qeyd etdikdən sonra, sizə göndərilən kodu yazaraq, öz məxfi şifrənizi qeyd edərək, proflinizi tamamlayırsınız. Beləliklə, “ASAN Login” profiliniz artıq hazırdır.

d262623a b21c 49e1 b56e a817f7054dd3

Bundan sonra elektron bəyannamə hissəsinə daxil olaraq məhsulunuzu bəyan edə bilərsiniz.

7732521d 7ce7 4ceb 9110 d50282a98787

Bəyan etmə prosesi isə bu cürdür: Açılan pəncərədə şəxsi kabinet hissəsinə keçid edirik, sonra  sadələşdirilmiş bəyannamə-Elektron ticarəti bölməsini seçirik və yeni bəyannamə bölməsindən sifariş etdiyimiz məhsul haqqında məlumatları (çəki, qiymət, daşınma haqqı və s) daxil edirik.

27abd12a e28d 43eb bd58 0e45e326bfec 51bb2692 4c59 47d8 beaa 8c794b5ee37e

 

Xatırladaq ki, fiziki şəxslər ayda ümumi məbləği 300 dolları keçməmək şərtilə  xaricdən mal sifariş edə bilərlər. İndiyə kimi bu məbləğ 1000 dollar idi.

Bütün bu mərhələlərdən sonra isə sizə yalnız karqonuzu gözləmək qalır.

 

 

 

 

Son xəbərlər
Oxşar xəbərlər
X