27 C
Baku
Monday, June 27, 2022

Azərbaycanda hasil edilən neftin həcmi azalmaqdadır

Azərbaycan 2021-ci ilin birinci yarısında hasil edilən xam neftin (azkükürdlü) həcmi 14.48 mln. tona düşüb.

Bu barədə Banker.az rəsmi əldə etdiyi məlumatda deyilir.

Bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 8% azalma deməkdir.

2021-ci ilin birinci rübü ərzində 7.19 mln. ton (2020-ci ildə: 7.49 mln. ton) həcmində, ikinci rübündə isə 7.29 mln. ton (8.25 mln. ton) həcmində xam neft istehsal edilmişdi.

Azərbaycan bu ilin müvafiq dövrü ərzində xaricdən 29.85 min ton həcmində neft idxal edib (Türkmənistandan), xaricə isə 13.55 mln. ton həcmində neft ixrac edib. Bu barədə Azərbaycanın Dövlət Statistika Komitəsindən bildirilir.

Yəni hasil edilən neftin 93.3%-dən çoxu xaricə ixrac edilmişdir. Ölkəyə buna görə 5.74 mlrd dollar həcmində ilin yanvar-iyun aylarında valyuta daxil olub.

Azərbaycan OPEC+ alyansına qoşulub. Buna səbəb isə bazarda neftə pandemiya səbəbindən yaranan tələbin kəskin düşməsi fonunda qiymətin qorunmasıdır. Öncəki ilin may-iyun aylarında Azərbaycan hasilatı 600 min barrel/günlük-dən aşağı salmışdı. Müvafiq olaraq bu ildə də “risk iştahına” etməyib.

OPEC+ ölkələrin nazirlərinin 19-cu iclasında gündəlik xam neft hasilatının 2021-ci ilin avqust-dekabr aylarında hər ay 400 min barel artırılmasına, gələn ilin mayından etibarən neft hasilatının baza səviyyəsinə qismən düzəlişlər edilməklə “Əməkdaşlıq Bəyannaməsi”nin müddətinin 2022-ci ilin sonunadək uzadılmasına dair qəbul edilmiş qərarı Azərbaycan da dəstəkləyib.

Yeni “Əməkdaşlıq Bəyannaməsi” Azərbaycanda gündəlik xam neft hasilatının avqustdan ilin sonunadək hər ay müvafiq həcmdə artırılmasını, ixtisarlarla bağlı öhdəliklərinin də uyğun şəkildə azaldılmasını nəzərdə tutur. 2022-ci ilin mayından ilin sonunadək isə Azərbaycanın neft istehsalı üzrə öhdəliklərin hesablanması mövcud baza əsasında davam etdiriləcək. Yəni, ölkəmizdə 2018-ci ilin oktyabrındakı 718 min barellik gündəlik xam neft hasilatı gələn il də hasilat səviyyəsinin müəyyənləşdirilməsində baza olaraq qalacaq.

 

Son xəbərlər
Oxşar xəbərlər