8 C
Baku
Thursday, December 5, 2024

Azərbaycanda hotellər 3 ayda 112 milyon manat qazanıblar

Azərbaycan Respublikası vətəndaşlarının mehmanxanalarda keçirdiyi gecələmələrin sayı 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 44.2 faiz artaraq 346 min olmuşdur ki, bu da ümumi gecələmələrin 44.4 faizini təşkil edir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

2024-cü ilin yanvar-mart aylarında mehmanxana (hotel) və mehmanxana tipli obyektlərin gəlirləri 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 31,1 faiz artaraq 111,7 milyon manat olmuşdur ki, onun da 58,5 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 26,9 faizi ictimai iaşə xidmətlərindən, 3,6 faizi müalicə və sağlamlıq xidmətlərindən, 11,0 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilmişdir.

Son xəbərlər
Digər xəbərlər