14 C
Baku
Şənbə, May 21, 2022

Azərbaycanda hotellər boş qalıb

Azərbaycanda hotellərin 88.8%-i boş qalır. Dövlət Statistika Komitəsi Azərbaycanda fəaliyyət göstərən hotellərin verdiyi rəqəmlər əsasında 2021-ci il üçün göstəriciləri açıqlayıb.

Banker.az  Komitənin hesabatına istinadən xəbər verir ki, 2021-ci ildə mehmanxanaların birdəfəlik tutumundan istifadə 11.2% səviyyəsində olub (88.8%-i boş olub). 2020-ci ildə isə mehmanxanaların birdəfəlik tutumundan istifadə 6.5% idi (93.5%-i boş). Bu göstərici Şabranda 82.2%, Beyləqanda 25.5%, Qubada 22.2%, Naftalanda 21%, Lənkəranda 19.1%, Qəbələdə 16.2%, Bakıda 14.2%, Ağcabədidə 14%, Bərdədə 13%, Göyçayda 12.9%, Cəlilabadda 12.7%, Sabirabadda 12%, Şəmkirdə 11.7%, Şamaxıda 11.2%, digər şəhər və rayonlarda isə ölkə üzrə orta göstəricidən aşağı olub.

Son xəbərlər
Oxşar xəbərlər