3 C
Baku
Monday, March 4, 2024

Azərbaycanda hüquqi şəxslərin NKA operatoru olması üçün tələblər sərtləşdirilib

Nazirlər Kabineti 1 avqust 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nda dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, hüquqi şəxslərin nəzarət-kassa aparatı (NKA) operatoru olması üçün tələblər sərtləşdirilib. Belə ki, aparata xidmət göstərmək istəyən şirkətin azı 12 nəfər əməkdaşı, Bakıda və digər regionlarda zəruri avadanlıqlarla təchiz edilmiş azı 6 filial və yaxud məntəqəsi olmalıdır. Əvvəl hər iki halda tələb 1 vahid idi.

Bundan başqa, operator kimi qeydiyyatdan keçmək istəyən hüquqi şəxsin tələblərə uyğunluğunun yoxlanması müddəti 2 gündən 5 günə çatdırılıb.

Şirkətin təqdim etdiyi modelinin nümunəsinin texniki sınağı 60 gün ərzində, sertifikatlaşdırılması isə 30 gündən gec olmayaraq təqdim həyata keçiriləcək.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər