6 C
Baku
Saturday, February 24, 2024

Azərbaycanda icbari avto-sığortanın gəlirliliyi kəskin düşüb – Sığorta ödənişləri 23% artıb

Azərbaycanda icbari avtomobil sığortası üzrə bazarın gəlirliliyi xeyli azalıb.

Banker.az bunu Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin ilk 11 ayı üçün təqdim etdiyi statistik rəqəmlərə istinad edir.

Belə ki, ilin yanvar-noyabr aylarında sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (AVİSMİS) üzrə 102.22 milyon manatlıq sığorta haqqı yığdığı halda,  82.29 milyon manatdan çox sığorta ödənişləri çəkiblər.

Bu da o deməkdir ki, bu əməliyyat üzrə ümumi mənfəət cəmi 19.93 mln. manat təşkil edib. 2021-ci ilin müvafiq dövründə isə 91.21 mln. manat sığorta haqqı yığmış, 67.04 mln. sığorta ödənişi həyata keçirmişdilər ki, bu da bu bazar üzrə sığortaçıların 24.17 mln. manat mənfəətliyi deməkdir.

2020-ci il üzrə isə sığorta haqları ilə ödənişlər arasında fərq 34.21 mln. manat idi.

min manat
Tarix Sığorta haqqları Sığorta ödənişləri Fərq
Yanvar            7,366          6,620             746
Fevral            6,917          6,873                43
Mart            7,423          7,206             217
Aprel            8,272          8,205                66
May            9,356          7,038          2,318
İyun            9,116          5,832          3,284
İyul          10,701          9,071          1,630
Avqust          10,770          8,660          2,111
Sentyabr          10,384          8,079          2,305
Oktyabr          10,769          7,956          2,814
Noyabr          11,147          6,753          4,394
İlk 11 ayda       102,220       82,293       19,927
Son xəbərlər
Digər xəbərlər