15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımlar azalıb

Screen Shot 2021 09 02 at 14.34.20

2020-ci ilin yanvar-dekabr ayları ərzində Azərbaycanda avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 93 293.5 min manat sığorta haqqı yığılıb.

Banker.az-ın Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən verdiyi xəbərə görə, bu müddətdə eyni sığorta növü üzrə 56 578.7 min manatlıq ödəniş həyata keçirilib. Beləliklə, ötən ilin eyni dövrü ilə müqayisədə sığorta yığımları 7.1%, ödənişləri isə 16% azalıb.

Hesabata əsasən, 2020-ci ilin yanvar-dekabr ayları ərzində avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə isə 36 875.9 min manat sığorta haqqı yığılıb, 13 039.4 min manat ödəniş edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə yığımlarda 1.6% artım, ödənişlərdə isə 0.3% azalma qeydə alınıb.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər