36 C
Baku
Tuesday, August 16, 2022

Azərbaycanda icbari avtomobil sığortası üzrə yığımlar azalıb

2020-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın sığorta şirkətləri tərəfindən avtonəqliyyat  vasitələrinin icbari sığortası üzrə 85 785 min manat sığorta haqqı hesablanıb.

Banker.az Mərkəzi Bankın statistikasına istinadən xəbər verir ki, avtonəqliyyat vasitələrinin könüllü sığortası üzrə hesablanmış sığorta haqları 2019-cu ilin yanvar-noyabr dövrü ilə müqayisədə 6 milyon 809 min manat və ya 7.4% azalıb.

2019-cu ilin yanvar-noyabr ayları ərzində avtonəqliyyat vasitələrinin sığortası üzrə 92 594 min manat sığorta haqları hesablanmışdı.

Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda fəaliyyət göstərən şirkətlər tərəfindən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə  51 577 min manat ödəniş həyata keçirilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta ödənişləri isə 15% azalıb.

 

Son xəbərlər
Oxşar xəbərlər