13 C
Baku
Sunday, November 27, 2022

Azərbaycanda identikləşdirilən iribuynuzlu heyvanların sayı açıqlandı

2021-ci il 15 dekabr-2022-ci il 3 mart tarixlərində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda ailə-kəndli və fermer təsərrüfatlarında 32 763 sayda iribuynuzlu heyvan identikləşdirilərək həm təsərrüfatlar, həm də heyvanlar haqqında məlumatlar elektron sistemə daxil edilib. İdentikləşdirilən heyvanlardan 9 377-si Bakı şəhəri, 20 176-sı Abşeron rayonu və 3 210-u isə Sumqayıt şəhərinin payına düşür.

Banker.az bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinə istinad edir.

Qeyd edək ki, ölkəmizdə yaradılan Heyvanların İdentifikasiyası və Qeydiyyatı Sistemi (HİQS) heyvanların məruz qaldığı xəstəlikləri, profilaktik və müalicə tədbirləri, tətbiq edilən preparatları, diaqnostik sınaqları və onların nəticələri, heyvanın hərəkəti, həmçinin sahibləri və digər individual göstəriciləri barədə məlumatların unikal identifikasiya kodu ilə əlaqələndirilmiş qaydada toplanılaraq, idarə olunmasını təmin edir. Tətbiq olunan preparatların orqanizmdən xaricolma müddətinin gözlənilməsi,  alqı-satqısı, daşınması və kəsim dövründə heyvanlara nəzarət edilməsi, itmiş heyvanların axtarılması və ya tapılmış heyvanların sahibinin aşkar edilməsi və digər bu kimi proseslərin idarə olunması identifikasiya sisteminin əsas funksiyalarıdır.

Son xəbərlər
Digər xəbərlər
X