13 C
Baku
Tuesday, May 21, 2024

Azərbaycanda idxal olunan məhsullar fevralda bahalaşıb

Azərbaycanın xaricdən idxal etdiyi məhsullarda inflyasiya 2024-cü ilin fevralında yüksəlib.

Banker.az xəbər verir ki, ilin ilk iki ayının nəticələrinə əsasən, idxal olunan məhsullar üzrə qiymət indeksləri illik müqayisədə 15.3% təşkil edib.

Bu yanvarda 15.1% olsa da, ondan öncəki dekabrda illik 16.7% təşkil etmişdi.

Bununla belə, əhalinin istehlakında əsas paya sahib olan ərzaq qiymətləri illik ucuzlaşıb.

Azərbaycanın xaricə ixrac etdiyi bir sıra məhsullar isə 2023-cü ilin ilk iki ayı ilə müqayisədə ümumilikdə 27.9 faiz ucuzlaşıb.

İdxaldakı inflyasiya Azərbaycanın ümumilikdə inflyasiyasına mühüm təsiri var. Ötən il Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov mətbuat konfranslarının birində bildirmişdi ki, AMB-dəki qiymətləndirmələrə görə, Azərbaycandakı inflyasiyanın 80%-i təklifdən qaynaqlanan, idxal olunan inflyasiyadır.

Dövlət Statistika Komitəsinə görə, ölkədə ümumilikdə ərzaq, xidmətin illik müqayisədini ölçən istehlak qiymətləri indeksi (İQİ) 2024-cü ilin martında 0.4%-ə düşüb. Bu öncəki fevralda 0.8% idi. 2023-cü ilin fevralında İQİ 14.1% idi.

Hazırda inflyasiya tənzimləyici Mərkəzi Bankının hədəf çərçivəsindən xeyli aşağıdır. AMB-nin hədəfi 2%-4% arasında dəyişir.

2024-cü ilin yanvar-fevral aylarında idxal və ixrac olunan mallar üzrə qiymət indeksləri
Bölmələr və mal qrupları üzrə
    2024-cü ilin yanvar-fevral ayları əvvəlki ilin müvafiq dövrünə nisbətən
İdxal olunan məhsullar üzrə qiymət indeksləri, faizlə İxrac olunan məhsullar üzrə qiymət indeksləri, faizlə
    Diri heyvanlar; Heyvan mənşəli məhsullar 102.8 103.1
  01   Diri heyvanlar 100.9 117.1
  02   Ət və qidaya yararlı əlavə ət məhsulları 116.6 102.3
  03   Balıqlar və xərçəngkimilər, molyusklar və digər su onurğasızları 107.3 103.2
  04   Süd məhsulları; Quş yumurtası; Təbii bal, başqa yerdə adları çəkilməyən və daxil edilməyən heyvan mənşəli qida məhsulları 96.1 87.5
  05   Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən heyvan mənşəli məhsullar 142.6 150.5
    Bitki mənşəli məhsullar 92.5 115.0
  06   Canlı ağaclar və digər bitkilər; soğanaqlar, köklər və bitkilərin digər analoji hissələri; Kəsilmiş çiçəklər və dekorativ bitkilər 144.0 98.4
  07   Tərəvəz və bəzi yeməli meyvəköklülər və kök yumruları 110.1 105.4
  08   Yeməli meyvə və qoz-fındıq; Sitrus meyvələrinin və ya qovunun qabıqları 106.1 118.7
  09   Qəhvə, çay, mate və ya paraqvay çayı və ədviyyatlar 104.1 113.1
  10   Dənli bitkilər 78.0 67.7
  11   Unüyütmə-yarma sənayesi məhsulları; Səməni; Nişastalar;İnulin; Buğda özü 102.2 83.9
  12   Yağlı toxumlar və bar; Digər toxumlar, bar və dən; Dərman bitkiləri və texniki bitkilər; Saman və yem 118.4 104.7
  13   Təmizlənməmiş təbii şellak; Kitrələr, qatranlar və digər bitki şirələri və ekstraktları 104.2 104.2
  14   Hörmə məmulatlarının hazırlanması üçün bitki materialları; Başqa yerdə adları çəkilməyən və ya daxil edilməyən digər bitki mənşəli məhsullar 136.0 142.9
    Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; 85.5 83.3
  15   Heyvan və ya bitki mənşəli piylər və yağlar və onların parçalanmasından alınan məhsullar; Hazır qida piyləri; Heyvan və ya bitki mənşəli mumlar 85.5 83.3
    Hazır qida məhsulları; Alkoqollu və alkoqolsuz içkilər və sirkə; Tütün və onun əvəzediciləri 109.8 118.6
  16   Ətdən, balıqdan və ya xərçəngkimilərdən, molyusklardan və ya digər su onurğasızlarından alınan hazır məhsullar 112.2 114.7
  17   Şəkər və şəkərdən qənnadı məmulatları 107.4 124.8
  18   Kakao və onun məhsulları 112.9 121.6
  19   Taxıldan, undan, nişastadan və ya süddən alınan hazır məhsullar; Unlu qənnadı məmulatları 105.2 98.6
  20   Tərəvəzin, meyvənin, qoz-fındığın və ya bitkilərin digər hissələrinin emal məhsulları 114.4 139.6
  21   Müxtəlif qida məhsulları 103.4 114.7
  22   Alkoqollu və ya alkoqolsuz içkilər və sirkə 119.4 115.8
  23   Yeyinti sənayesinin qalıqları və tullantıları; Heyvanlar üçün hazır yem 107.3 87.9
  24   Tütün və tütünün sənaye əvəzediciləri 114.6 98.9
    Mineral məhsullar 121.1 75.8
  25   Duz; Kükürd; Torpaqlar və daş; Suvaq materialları, əhəng və sement 113.3 106.3
  26   Filizlər, şlak və kül 125.0 87.2
  27   Mineral yanacaq, neft və onun qovulma məhsulları; Bitumlu maddələr; Mineral mumlar 121.1 75.7
    Qeyri-üzvi kimya sənayesinin və onunla əlaqədar sənaye sahələrinin məhsulları 113.5 119.9
  28   Qeyri-üzvi kimya məhsulları; Qiymətli metalların, nadir torpaq metalların, radioaktiv elementlərin və ya izotopların qeyri-üzvi və ya üzvi birləşmələri 107.4 86.9
  29   Üzvi kimyəvi birləşmələr 105.9 121.0
  30   Əczaçılıq məhsulları 106.0 113.6
  31   Gübrələr 78.7 115.3
  32   Aşılayıcı və boyayıcı ekstraktlar; Tanninlər və onların törəmələri; Boyaqlar, piqmentlər və digər boya maddələri; Boyalar və laklar; Şpaklovka və digər mastikalar; Poliqrafiya boyaları, mürəkkəblər, tuş 123.1 108.4
  33   Efir yağları və rezinoidlər; Ətriyyat, kosmetika və tualet vasitələri 137.0 159.1
  34   Sabun, səthi-aktiv üzvi maddələr, yuyucu vasitələr, sürtkü materialları,süni və hazır mumlar,təmizləmə və ya pardaqlama üçün tərkiblər, şamlar və analoji məmulatlar, yapma üçün pasta, plastilin və diş müalicəsi üçün gips əsaslı tərkiblər 113.8 100.7
  35   Zülalii maddələr; Modifikasiya olunmuş nişastalar; Yapışqanlar; Fermentlər 129.7 89.9
  36   Partlayıcı maddələr; Pirotexniki məmulatları; Kibritlər; Pirofor ərintilər; Bəzi yanar maddələr 98.1
  37   Foto və kino malları 143.0 100.0
  38   Digər kimyəvi məhsullar 132.3 142.6
    Plastmaslar və onlardan hazırlanan məmulatlar; Kauçuk, rezin və onlardan məmulatlar 115.9 123.2
  39   Plastmaslar və onlardan hazırlanan məmulatlar 110.8 123.2
  40   Kauçuk, rezin və onlardan hazırlanan məmulatlar 131.6 127.3
    Emal olunmamış gönlər, aşılanmış dəri, təbii xəz və onlardan hazırlanan məmulatlar və s. 158.5 159.1
  41   Emal olunmamış gönlər (təbii xəzdən başqa) və aşılanmış dəri 77.7 159.6
  42   Dəri məmulatları; Sərraclıq-yəhər məmulatları və qoşqu; Yol ləvazimatları, çantalar və analoji mallar; Heyvanların daxili orqanlarından hazırlanan məmulatlar (barama qurdunun ipək ifraz edən vəzilərindən başqa) 163.4 103.3
  43   Təbii və süni xəz; Ondan hazırlanan məmulatlar 65.1
    Oduncaq və ondan hazırlanan məmulatlar;Ağac kömürü; Mantar və ondan hazırlanan məmulatlar və s. 104.3 78.2
  44   Oduncaq və ondan hazırlanan məmulatlar; Ağac kömürü 104.1 78.2
  45   Mantar və ondan hazırlanan məmulatlar 134.0
  46   Küləşdən, alfadan və digər hörmə üçün materiallardan məmulatlar; Səbət məmulatları və hörülmüş məmulatlar 195.0 100.0
    Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağızlar və s. 112.4 100.1
  47   Oduncaqdan və ya digər lifli sellüloz materiallardan kütlə; Regenerasiya edilən kağız və karton (makulatura və tullantılar) 84.6 100.0
  48   Kağız və karton; Kağız kütlədən, kağızdan və ya kartondan məmulatlar 106.8 100.9
  49   Çap edilmiş kitablar, qəzetlər, reproduksiyalar və poliqrafiya sənayesinin digər məmulatları; Əlyazmalar, makinada yazılan mətnlər və planlar 161.3 105.5
    Toxuculuq materialları və məmulatları 138.3 105.6
  50   İpək 103.7 86.0
  51   Yun, zərif və ya qaba heyvan tükü; At tükündən iplik və parça 85.7
  52   Pambıq 115.3 106.1
  53   Digər bitki mənşəli tekstil lifləri; Kağız iplik və kağız iplikdən parçalar 76.0
  54   Kimyəvi saplar, kimyəvi tekstil materiallarından yastı və analoji saplar 128.6 170.1
  55   Kimyəvi liflər 108.9 100.0
  56   Pambıq, keçə və ya fetr və toxunmamış materiallar; Xüsusi iplik; Ciyələr, kəndirlər, kanatlar və troslar və onlardan məmulatlar 100.7 100.4
  57   Xalçalar və digər tekstil döşəmə örtükləri 115.4 170.5
  58   Xüsusi parçalar; Taftinqli tekstil materiallar; Krujeva; Qobelenlər; Bəzək materialları; Naxış tikmələri 132.2 157.3
  59   Hopdurulmuş, üzlüklü və ya təkrarlanmış tekstil materialları; Texniki təyinatlı tekstil materialları 106.3 106.3
  60   Maşınla və əllə toxunmuş trikotaj parçalar 105.0 97.3
  61   Maşınla və ya əllə toxunmuş trikotaj geyim əşyaları və geyim üçün ləvazimatlar 156.1 115.4
  62   Maşınla və ya əllə toxunmuş trikotajdan başqa, geyim əşyaları və geyim üçün ləvazimatlar 152.7 123.4
  63   Digər hazır toxuculuq məmulatları; Dəstlər; İşlənmiş geyimlər və toxuculuq məmulatları; Cır-cındır 159.8 94.6
    Ayaqqabı, baş geyimləri, çətirlər, günəş qoruyucu çətirlər, çəliklər, lələklər və s. 135.7 107.1
  64   Ayaqqabı, getrlər və analoji məmulatlar; Onların detalları 138.3 106.4
  65   Baş geyimləri və onların hissələri 122.1 119.3
  66   Çətirlər, gündən qoruyucu çətirlər, çəliklər, çəlik-oturacaqlar, qırmanc, at miniciliyi üçün qamçılar və onların hissələri 76.2 100.0
  67   Emal edilmiş lələklər və pərğu və lələklərdən və ya pərğudan məmulatlar; Süni çiçəklər; İnsan saçından məmulatlar 109.9 123.3
    Daşdan, gipsdən, sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 109.7 92.3
  68   Daşdan, gipsdən , sementdən, asbestdən, qarğadüzündən (slyudadan) və ya analoji materiallardan məmulatlar 120.0 138.6
  69   Keramika məmulatları 108.1 74.6
  70   Şüşə və ondan hazırlanan məmulatlar 103.8 78.2
    Mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, onlardan hazırlanan məmulatlar 175.0 135.3
  71   Təbii və ya becərilmiş mirvari, qiymətli və ya azqiymətli daşlar, qiymətli metallar, üzərinə qiymətli metallar çəkilmiş metallar və onlardan hazırlanan məmulatlar; Bijuteriya; Sikkələr 175.0 135.3
    Azqiymətli metallar və onlardan hazırlanan məmulatlar 114.3 103.2
  72   Qara metallar 104.9 120.1
  73   Qara metallardan məmulatlar 119.2 105.8
  74   Mis və ondan hazırlanan məmulatlar 109.5 101.9
  75   Nikel və ondan hazırlanan məmulatlar 125.7 100.0
  76   Alüminium və ondan hazırlanan məmulatlar 106.8 95.9
  78   Qurğuşun və ondan hazırlanan məmulatlar 84.5 98.2
  79   Sink və ondan hazırlanan məmulatlar 109.0 90.5
  80   Qalay və ondan hazırlanan məmulatlar 100.0
  81   Digər qiymətsizi metallar; Metal-keramika; Onlardan hazırlanan məmulatlar 102.1 80.1
  82   Qiymətsiz metallardan alətlər, qurğular, bıçaq məmulatları, qaşıqlar və çəngəllər; Onların qiymətsiz metallardan olan hissələri 133.9 156.5
  83   Qiymətsiz metallardan hazırlanan digər məmulatlar 142.5 118.4
    Maşınlar, avadanlıq və mexanizmlər; Elektrotexniki avadanlıq; onların hissələri və s. 123.9 130.4
  84   Nüvə reaktorları, qazanlar, avadanlıq və mexaniki qurğular; Onların hissələri 124.3 132.1
  85   Elektrik maşınlar və avadanlıq, onların hissələri; Səsyazma və səsləndirmə aparaturası, televiziya təsvirinin və səsin yazılması və canlandırılması üçün aparatura, onların hissələri və ləvazimatları 123.4 125.0
    Yerüstü nəqliyyat vasitələri, üzən vasitələr və nəqliyyata aid qurğular 110.7 93.1
  86   Dəmiryol lokomotivləri və ya mühərrikli tramvay vaqonları, dəmiryol nəqliyyat vasitələri və onların hissələri; Dəmiryol və ya tramvay xətləri üçün yol avadanlığı və qurğuları və onların hissələri; Bütün növ mexaniki siqnal avadanlığı 111.2 174.5
  87   Dəmiryolu və tramvay nəqliyyat vasitələrindən başqa, yerüstü nəqliyyat vasitələri və onların hissələri və ləvazimatları 113.3 87.2
  89   Gəmilər, qayıqlar və üzən konstruksiyalar 102.0 140.8
    Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi cərahiyyə alətləri və s. 144.2 175.1
  90   Optik, fotoqrafiya, kinematoqrafiya, ölçü, nəzarət, çox dəqiq, tibbi və ya cərrahiyyə alətləri və aparatları; Onların hissələri və ləvazimatları 140.7 177.7
  91   Bütün növ saatlar və onların hissələri 194.6 101.2
  92   Musiqi alətləri; Onların hissələri və ləvazimatları 113.9 112.3
    Müxtəlif sənaye malları 134.3 154.7
  94   Mebel; Yataq ləvazimatları, döşəklər, döşək əsasları, divan yastıqları və analoji doldurulma mebel ləvazimatları; Başqa yerdə adları çəkilməyən və ya daxil olunmayan lampalar və işıqlandırıcı avadanlıq; Üzərində ad və ya ünvan yazılmış işıq tabloları 140.4 171.6
  95   Oyuncaqlar, oyunlar və idman inventarı; Onların hissələri və ləvazimatları 162.3 171.4
  96   Müxtəlif hazır məmulatlar 106.7 100.0
    İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 106.3 133.8
  97   İncəsənət əsərləri, kolleksiya əşyaları və əntiq əşyaları 106.3 133.8
    C Ə M İ: 115.3 79.3

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər