12 C
Baku
Cümə, Dekabr 3, 2021

Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı 14 minə yaxın artıb

Azərbaycanda idxal və ixrac əməliyyatları ilə məşğul olanların sayı artır.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, 2021-ci ilin 9 ayında (yanvar-sentyabr dövründə) xarici ticarət iştirakçılarının sayı 50 min 149 şəxs olub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13 min 960 şəxs çoxdur. 2020-ci ilin 9 ayında xarici ticarət iştirakçılarının sayı 36 min 189 şəxs təşkil etmişdi.

Hüquqi şəxs olan xarici ticarət iştirakçılarının sayı 606 şəxs artaraq 7 min 958 şəxsə, fiziki şəxs olan xarici ticarət iştirakçılarının sayı isə 13 min 354 şəxs artaraq 42 min 191 şəxsə yüksəlib. Ötən ilin 9 ayında 7 min 352 hüquqi, 28 min 837 fiziki şəxs xarici ticarət iştirakçısı idi.

Son xəbərlər
Oxşar xəbərlər
X