8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Azərbaycanda idxal və ixrac ilə məşğul olanların sayı artır

Dövlət Gömrük Komitəsi xarici ticarət iştirakçıları haqqında məlumatları açıqlayıb.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk 8 ayında 45 min 39 şəxs idxal və ya ixrac əməliyyatı ilə məşğul olub. Ötən ilin eyni dövründə 32 min 563 şəxs xarici ticarət iştirakçısı idi.

İlk 8 ayda 45 min 39 şəxs iştirakçının 37 min 409-u fiziki şəxs, 7 min 630-u hüquqi şəxslər olub. Ötən ilin eyni dövründə saylar müvafiq olaraq 25 min 492 fiziki şəxs, 7 min 71 hüquqi şəxs idi.

Son xəbərlər
Oxşar xəbərlər