13 C
Baku
Wednesday, April 17, 2024

Azərbaycanda idxalın real artımı 6-7%-dir

“Bu ilin 10 ayında Azərbaycanın idxalının dəyəri ötən ilin eyni dövrü ilə müqayisədə 24% çox olub. Amma bu artımın 85%-ni Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) ölkəyə idxal etdiyi qızıl təmin edib”.

Bunu keçirdiyi mətbuat konfrasında Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

“İdxalın real artımı 6-7%-dir. Məsələn, buğda idxalında kəskin artım var. Bu ilin yanvar-oktyabr aylarında buğda idxalına çəkilən xərc ötən ilin eyni dövrü ilə müqayisədə 119 milyon ABŞ dolları və yaxud 68% çox olub”, – deyə o, qeyd edib.

©Report

Son xəbərlər
Digər xəbərlər