6 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn tədris planına daxil edilib

Azərbaycanda ilk dəfə kriptovalyuta mövzusunda fənn Azərbaycan Dövlət İqtisad Universitetnin (UNEC) tədris planına daxil edilib. “Kriptovalyutalar və kiber risklər” adlı fənni UNEC Biznes Məktəbi, İqtisadiyyat və biznesin idarə edilməsi kafedrası tərəfindən 2021-ci il tədris ilində MBA (Master of Bussines of Administration) proqramı çərçivəsində tədris ediləcək. Bununla da, UNEC milli təhsil sisteimdə kriptovalyutalar mövzusunda fənn tədris edən ilk universitet oldu.

MBA tələbələri “Kriptovalyutalar və kiber risklər” fənni üzrə elektron pullar, rəqəmsal aktivlər, kriptoqrafiya, blokçeyn texnologiyası, elektron cüzdanlar, kriptovalyutaların xüsusiyyətləri və tətbiqi istiqamətləri, kriptovalyuta mayninqi, smart müqavilələr, DeFi maliyyəsi, informasiya təhlükəzsiliyi və kiber risklər, rəqəmsal aktivlərin beynəlxalq hüquqi tənzimlənməsi bərədə biliklər əldə edəcəklər. Tədris üzrə prkatiki təlimlər (workshop) də nəzərdə tutulub, hansı ki, tələbələrə real vaxt rejimində birjalarda alqı-satqı əməliyyatlarının aparılması, optimal ticarət strategiyalarının qurulması, risklərin idarə edilməsi və kriptovalyutaların analitikasının aparılaması qaydaları izah ediləcək. Fənn kriptoinvest.az portalının rəhbəri və Crypto Consulting MMC-nin direktoru Elnur Quliyev tərəfindən tədris ediləcək.

Son xəbərlər
Digər xəbərlər