12 C
Baku
Bazar ertəsi, Dekabr 6, 2021

Azərbaycanda ilk dəfə özəl ambulans təyyarə xidməti göstərilir

Azərbaycanda ilk dəfə özəl ambulans təyyarəsi və helikopter hava ambulans xidmətləri göstərilir. Bunu ilk dəfə olaraq ölkəmizdə Referans Medical Group həyata keçirir.

Referans Medical Group və dünyanın ən böyük hava təcili yardım xidməti təminatçılarından biri hesab olunan “Apronjet Havacılık Turizm Taşımacılık” arasında memorandum imzalanıb.

Memoranduma əsasən, Referans Medical Group-a müraciət edən pasiyentlərə, təcili və təxirəsalınmaz hallarda pasiyentin Azərbaycandan digər ölkəyə daşınması məqsədilə özəl ambulans təyyarəsi və helikopter hava ambulansı xidmətləri göstərilir. Həmçinin, pasiyentin istəyinə uyğun olaraq bu xidmət, istənilən ölkədən də digər ölkələrə daşınmasına şamil olunur. Onuda əlavə edək ki, əgər ehtiyac olarsa, pasiyentin yanında 1 nəfər qohumu da gedə bilər.

Son xəbərlər
Oxşar xəbərlər
X