20 C
Baku
Saturday, May 25, 2024

Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqlar qiymətləndirilib

Azərbaycanda ilk dəfə rəqəmsal bacarıqlar və savadlılığın geniş qiymətləndirilməsi aparılıb.

Bunu Bakıda keçirilən “GSMA Mobile 360 Eurasia 2024” beynəlxalq konfransında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Strateji təhlil, innovasiya və rəqəmsallaşma şöbəsinin müdiri Ceyhun Hüseynzadə deyib.

C.Hüseynzadə deyib ki, qiymətləndirmənin məqsədlərindən biri Azərbaycanın beynəlxalq bençmarklarla, digər ölkələrlə müqayisədə hansı mövqedə olmasını müəyyən etməkdir:

“Bu, rəqəmsal bacarıqlarla bağlı həyata keçirdiyimiz təhsil layihələrini, proqramlarını daha hədəflənmiş şəkildə dizayn etmək üçün lazım idi. Qiymətləndirmə ümumilikdə 13 iqtisadi rayonda cəmiyyətin 4 kateqoriyası üzrə aparılıb. Birinci kateqoriyaya dövlət sektoru, ikinciyə özəl sektor, üçüncü kateqoriyaya universitetlər, təhsil sektoru, sonuncu koteqoroyaya isə ev təsərrüfatları daxildir. Hazırda Beynəlxalq Telekommunikasiya İttifaqı hesabatın son dizayn işlərini aparır və bir neçə həftə sonra o ictimaiyyətə açıqlanacaq”, – deyə C. Hüseynzadə əlavə edib.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər