26 C
Baku
Wednesday, April 24, 2024

Azərbaycanda ilk dəfə sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlanıldı

İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti “STP” MMC-nin Kabel istehsalı müəssisəsi (STP Global Cable) Azərbaycanda ilk dəfə olaraq sualtı hövzələrdə istifadə edilən kabel istehsalına başlayıb.

Banker.az bu barədə İqtisadiyyat Nazirliyindən əldə etdiyi məlumata əsasən xəbər verir.

Qeyd edək ki, illik istehsal gücü 120 min ton təşkil edən müəssisədə məişət və sənayedə müxtəlif məqsədlər üçün istifadə olunan ümumilikdə 28 min çeşiddən artıq kabel və naqil istehsal etmək mümkündür. Müəssisə ölkəmizdə 110 kV-luq və fiber optik kabellərin yeganə istehsalçısıdır. Hazırda müəssisədə mis və alüminium elektrotexniki çubuqlarının, 6 kV-dan 500 kV-a qədər orta, yüksək və ifrat yüksək gərginlikli güc kabellərinin, eləcə də aşağı gərginlikli kabellərin, hava xətləri üçün naqillərin, həmçinin telefon və LAN kabellərinin istehsalı üzrə 70 istehsal xətti fəaliyyət göstərir.

Müəssisədə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərində də geniş istifadə edilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər