26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda ilk ödənişli yolun istismara veriləcəyi tarix açıqlanıb

“2022-ci ilin may ayına qədər Bakı-Quba yolunun ödənişli hissəsi istismara veriləcək”.

Bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov “2020-ci ildə yerinə yetirilmiş işlər və qarşıdan duran vəzifələr” mövzusunda brifinqdə deyib.

“Bu, ilk beton yoldur və onun təmiri mərhələli şəkildə aparılıb. Artıq bu yolun bir hissəsinin təmiri başa çatdırılıb. Bakı-Quba yolunun 150 km-lik, ödənişli istifadə üçün nəzərdə tutulan hissəsinin bu ilin sonuna qədər tamamlanması mümkün olmayacaq. Onun gələn ilin mayına qədər təhvil verilməsi gözlənilir”, – deyə o, qeyd edib.

Son xəbərlər
Digər xəbərlər