3 C
Baku
Şənbə, Yanvar 22, 2022

Azərbaycanda inflyasiya 2.8% düşüb – son ayda azalma

2020-ci ilin yanvar-oktyabr aylarında istehlak qiymətləri indeksi 2019-cu ilin yanvaroktyabr aylarına nisbətən 102.8 faiz (öncəki ayda 2.9% idi), o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 105,1 faiz, qeyri-ərzaq məhsulları üzrə 101.3 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 101.0 faiz təşkil etmişdir. Cari ilin oktyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.2 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 102.3 faiz təşkil etmişdir.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

2020-ci ilin oktyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.3 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 104.4 faiz təşkil etmişdir.

243243243

Cari ilin oktyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma uzun düyünün, qarabaşaq yarmasının, makaronun, toyuq ətinin, xamanın, brınza pendirinin, günəbaxan yağının, portağalın, bananın, qozun, fındığın, xiyarın, pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, şəkər və şəkər tozunun, şokoladlı konfetlərin, ucuzlaşma isə əsasən təzə balığın, limonun, naringinin, almanın, armudun, heyvanın, narın, xurmanın, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın qiymətlərində müşahidə olunmuşdur. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir. 2020-ci ilin oktyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.1 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 101.4 faiz təşkil etmişdir. 2020-ci ilin oktyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.0 faiz, əvvəlki ilin oktyabr ayına nisbətən 100.3 faiz təşkil etmişdir.

Son xəbərlər
Oxşar xəbərlər