26 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda inflyasiya Mərkəzi Bankın hədəf çərçivəsindən kənara çıxır

Azərbaycanda inflyasiya göstəriciləri Mərkəzi Banın hədəfindən kənara çıxır.

Banker.az xəbər verir ki, 2021-ci ilin ilk yarımilliyində (yanvar-iyun) inflyasiya göstəricisi 4.3% olmuşdur.

İstehlak qiymətlərinin indeksi ilin ilk 5 ayı – yanvar- may aylarında 4.2%, 2020-ci ilin müvafiq dövründə isə illik 3% idi.

Mərkəzi Bankın faiz dəhlizinə dair 18 iyun ayındakı açıqlamasında qeyd edilirdi ki, inflyasiya tempinin hədəf çərçivəsi 4±2% (yəni 3.8-4.2% arası) təşkil edir.

Beləliklə, ölkədə inflyasiya hədəf çərçivəsindən 0.1% bəndi kənara çıxıb. Bildirək ki, Mərkəzi Bankın İdarə Heyəti faiz dərəcələrinə dair qərar qəbul edərkən inflyasiya göstəricilərini nəzərə alırlar.

Son xəbərlər
Digər xəbərlər