15 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Azərbaycanda internet: “Hər 4 nəfərdən biri İnternet xidmətlərindən məmnun deyil” (Araşdırma)

Screen Shot 2021 09 02 at 14.34.20

2 620 nəfər arasında aparılan sorğuya əsasən, onların koronavirus pandemiyası ərəfəsində evdəki İnternet provayderlərinin xidmətindən nə dərəcədə razı qalıb-qalmadıqları məlum olub.

Banker.az xəbər verir ki, bu barədə sorğu “Business Insight” tərəfindən aparılıb.

Marketlərdən, Bank sektorundan və Mobil operatorların xidmətlərindən fərqli olaraq evində sabit xətlər üzrə İnternet xidmətləri göstərən provayderlərdən məmnunluğun yüksək səviyyədə olmadığı müşahidə olunur.

Ümumi tablodan məmnuniyyət daha çox müşahidə olunsa da, İnternet xidmətlərindən məmnun olmayanlara da kifayət qədər rast gəlmək mümkündür. Hər 10 nəfərdən 4-ü (41.9%) məmnun görünsə də demək olar ki, hər 4 nəfərdən 1-i (21.2 + 5.2= 26.4%) İnternet xidmətlərindən məmnun deyil. Sorğuya cəlb olunan hər 10 nəfərdən 3-ü isə (31.7%) evində İnternet qoşulmasının olmadığını qeyd edib.

Regionlar arası müqayisədə digər iqtisadi zonalara nisbətdə paytaxt və Aran bölgəsində yaşayanlar arasında İnternet xidmətlərindən məmnun olmayanalara daha çox rast gəlinir.

intrh

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər