12 C
Baku
Friday, November 1, 2024

Azərbaycanda internet provayderi cərimələndi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) istehlakçı şikayəti əsasında Abşeron rayonu, Xırdalan şəhərində “BHS Fiber” adı altında fəaliyyət göstərən “Netim Telekom” MMC internet provayderinin uçotadurma qaydalarını pozduğunu müəyyən edib.

Bu barədə Agentlikdən bildirilib.

Məlumata görə, provayderin təqdim etdiyi xidmətdən narazı qalan istehlakçının şirkətin rəsmi adını müəyyən edə bilməməsi və şirkətlə əlaqə saxlamaqda yaranmış çətinliklər onun haqlı narazılığına səbəb olub, şikayəti əsasında araşdırma zamanı provayderin uçota alınmaması aşkar edilib, onun hüquqi məlumatları müəyyən edilib. İnternet provayder uçotadurma qaydalarını pozduğuna görə barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokolun tərtib edilməsi təmin edilib və məhkəmənin müvafiq qərarı ilə barəsində inzibati cərimə tənbehi tətbiq edilib.

“Telekommunikasiya sahəsində tənzimləmə və nəzarətin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsinə dair tədbirlər çərçivəsində İKTA telekommunikasiya istehlakçılarına müraciət edərək gələcəkdə bu cür hallarla qarşılaşdıqları təqdirdə bu link vasitəsilə uçota alınmış operator və internet provayderlərin siyahısında xidmət provayderinin adının olub-olmamasını dəqiqləşdirmələrini tövsiyə edir. Qurum telekommunikasiya bazarında tənzimləmə işlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması, uçota durmaq istəyən internet provayder və operatorlara metodiki dəstəyin göstərilməsi istiqamətində tədbirləri bundan sonra da davam etdirəcək”, – deyə Agentlik bəyan edib.

İKTA-nın nizamnaməsi ölkə Prezidentinin 21 oktyabr 2022-ci il tarixli fərmanı ilə təsdiqlənib. Agentlik informasiya kommunikasiya texnologiyaları (İKT) və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər