24 C
Baku
Wednesday, May 22, 2024

Azərbaycanda internetin sürəti 30% artıb

Genişzolaqlı və mobil şəbəkə təhlilləri üzrə qlobal şirkət olan “Ookla”nın dekabr ayını əhatə edən hesabatına görə, Azərbaycanda genişzolaqlı internetin sürəti son 12 ayda artaraq ortalama 35.25 Mbit/s-i keçib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən verilən xəbərə görə, 2022-ci ilin dekabr ayında Azərbaycanda genişzolaqlı internetin sürəti 27.15 Mbit/s olub. Öncəki dövrlə müqayisədə bu, 30% artım deməkdir.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər