“AzFinance İnvestisiya şirkəti” QSC diskontlu, təmin edilməmiş istiqrazların yerləşdirilməsinə hazırlaşır.
Banker.az bu barədə investisiya şirkətinə istinadən xəbər verir.
Hər birinin nominal dəyəri 1 000 (bir min) manat olan 1 000 (bir min) ədəd diskontlu, təmin edilməmiş, sənədsiz, adlı istiqrazları buraxılacaq.







