10 C
Baku
Friday, December 27, 2024

Azərbaycanda investisiya xərcləri artırıla bilər

Azərbaycanda investisiya xərclərinin artırılması təklif olunur.

Bu təkliflə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

“Mövcud şəraitdə inflyasiya ilə mübarizə nə qədər vacib olsa da, onun səviyyəsini istədiyimiz səviyyədə aşağı salmaq çətin olacaq. Çünki inflyasiyanın strukturunda idxalın rolu böyükdür. Dünyada iqtisadi artımı zəiflədəcək antiinflyasiya tədbirləri, xüsusilə monetar-fiskal siyasətin sərtləşdirilməsi böyük itkilərə səbəb olmaqdadır.

Ona görə hesab edirik ki, istehsalla bağlı təklifin selektiv formada stimullaşdırılması, kütləvi istehlakın məhdudlaşdırılması üçün hibrid iqtisadi siyasətin aparılması vacibdir. Belə görünür ki, iqtisadi böhrandan qaçmağın düzgün yolu yüksək inflyasiya şəraitində iqtisadi artımın sürətləndirilməsi olacaq. Bunun üçün də yeni dəyər yaradan əsas investisiya xərclərinin artırmasını təklif edir, bunun üçün özəl sektorun imkan və bacarıqlarından daha çox istifadə edilməsini məqsədəuyğun hesab edirik”, – deyə o, qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər