36 C
Baku
Tuesday, August 16, 2022

Azərbaycanda investorlar yarmarkası keçiriləcək

Azərbaycan Mikromaliyyə Assosiasiyası 6-7 oktyabr, 2016-cı il tarixlərində “Üfüqdə Yeni İmkanlar: Çətinlikləri Perspektivlərə Çevirək adlı   8-ci Azərbaycan Mikromaliyyə Konfransını keçirməyi planlaşdırır.

Banker.azın verdiyi informasiyaya görə, bu konfransda Azərbaycan Respublikası Mərkəzi Bankı, Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbər nümayəndələri, Gürcüstan, Rusiya və Orta Asiya daxil olmaqla  mikromaliyyə sektorunun inkişafında maraqlı olan bank olmayan kredit təşkilatlarının, bankların, 12-dən çox ölkədən investor şirkətlərinin, texniki xidmət təminatçılarının ixtisaslaşmış maliyyə ekspertlərinin, mətbuat nümayəndələrinin  iştirak edəcəyi gözlənilir.

Tədbirdə  aşağıda qeyd edilən mövzular müzakirə ediləcək:

  • Azərbaycan Mikromaliyyə bazarında sağlam kreditləşmə və məsuliyyətli borclanma;
  • Dilemma: Kredit riski və ya xarici valyutada kreditlərin  məzənnə  riski;
  • Kiçik fermerlərin ehtiyaclarını qarşılamaq üçün innovativ kənd təsərrüfatı vasitələrinin tətbiqi;
  • Maliyyə təşkilatlarında qiymət siyasətinin optimallaşdırılması: qabaqcıl təcrübələrin öyrənilməsi
  • Rəqəmsal inqilab və maliyyə əhatəliliyi;
  • Uzunmüddətli qənaət / investisiyalar üçün maliyyə savadlılığı;
  • İqtisadi fəallığın azaldığı dövrdə maliyyə sektorunda maraqlı tərəflər: Perspektivlər və Reallıqlar

Ayqustun 14-ə dək erkən qeydiyyatdan keçərək endirimli qeydiyyat haqqından yararlana bilərsiniz. Qeydiyyat artıq açıq elan olunmuşdur və amfa.az saytı vasitəsilə qeydiyyatdan keçə bilərsiniz

Son xəbərlər
Oxşar xəbərlər