7 C
Baku
Thursday, February 29, 2024

Azərbaycanda ipoteka faizləri qalxmağa başlayıb

Azərbaycanda ipoteka kreditlərinin orta faizləri sentyabrda qalxıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankına istinadla xəbər verir.

Banklar tərəfindən verilən kreditlərin həcmi 2022-ci ilin sentyabrda 57.37 milyon manat olmaqla öncəki aydan 0.41% yuxarı olub.

Bildirilir ki, banklar tərəfindən verilən ipotekaların faizləri iyul ayından (6.31% idi) sonra ardıcıl olaraq  avqusta 6.33%-ə, sentyabrda isə 6.34%-ə yüksəlib.

İpotekanın orta aylıq ödəniş faizləri isə 404.1 manat olmaqla öncəki aydan 2.1 manat yüksək olub.

Ölkədə verilən ipoteka kreditlərinin müddəti isə 282 ayla dəyişməz qalmaqdadır.

2022-ci ilin ilk 9 ayında 285.3 mln. manatlıq İpoteka və Kredit Zəmanəti Fondu tərəfindən yenidən maliyyələşdirilmiş ipoteka kreditləri verilib.

Fond bu müddət ərzində fond bazarında 205 manatlıq ipoteka istiqrazları üzrə vəsait cəlb edib. Hesabat müddətində dövlət büdcəsindən fonda cəmi 95 mln. manatlıq vəsait ayrılıb.

Son xəbərlər
Digər xəbərlər