30 C
Baku
Tuesday, July 22, 2025

Azərbaycanda ipoteka ilə bağlı dəyişiklik edilir

Məhkəməyə müraciət edilmədən ipoteka predmeti satışı yeni qaydada həyata keçiriləcək.

Bu, Milli Məclisin iyulun 4-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “İpoteka haqqında” qanuna təklif olunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən tərəflərin notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında məhkəməyə müraciət edilmədən tutma yönəldilən ipoteka predmeti satılarkən satış üsulu və satışı həyata keçirməli olan şəxs, hərracların keçirilməsi qaydası, o cümlədən hərrac baş tutmadıqda sonrakı prosedurların müəyyən edilməsi, tərəflərin hüquq və vəzifələri və əmlakın satış qiyməti tərəflərin razılığı ilə müəyyən olunur.

Buna müvafiq olaraq hərracların keçirilməsi qaydası, hərracın baş tutmaması, hərracın etibarsız sayılması ilə bağlı müddəalar Qanundan çıxarılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər