29 C
Baku
Saturday, July 13, 2024

Azərbaycanda ipoteka qeydiyyatının sayı kəskin artıb

Əmlak Məsələləri Dövlət Xidməti 2022-ci ilin aprel ayı ərzində hüquqların qeydiyyatı ilə bağlı aparılmış bir sıra əməliyyatlara dair göstəriciləri açıqlayıb.

Banker.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, apreldə ipoteka qeydiyyatının sayı ötən ilin aprel ayı ilə müqayisədə 48.6% artaraq 7 054 olub.

Həmçinin icarə və istifadə hüquqlarının qeydiyyatında da artım olub. İllik 39.3%-lik artımla bu say 507 olub.

Hesabat dövründə texniki pasport qeydiyyatının sayı 27 049 olub ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 23.9% çoxdur.

Müxtəlif arayışların dövlət qeydiyyatında da kəskin – 70.2% artım olub. Belə ki, cari ilin aprelində 77 237 sayda müxtəlif arayış dövlət qeydiyyatına alınıb.

oighv

 

Son xəbərlər
Digər xəbərlər