27 C
Baku
Monday, June 27, 2022

Azərbaycanda iqtisadi artım sürətlənir

2021-ci ilin yanvar-iyul aylarında ölkədə 47 milyard 262.3 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2.7 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

Bu barədə Banker.az-a Dövlət Statistika Komitəsindən bildirilir.

Qeyd edək ki, bu öncəki ayda 2.1 faiz idi.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 3.1 faiz azalmış, qeyri neft-qaz sektorunda isə 5.3 faiz artmışdır.

ÜDM istehsalının 40.3 faizi sənaye, 10.3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7.3 faizi nəqliyyat və anbar təsərrüfatı, 6.5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5.1 faizi tikinti, 1.8 faizi informasiya və rabitə, 1.1 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 18,5 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 9.1 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 4 720.8 manata bərabər olmuşdur.2313

Azərbaycan hökuməti neftin qiymətlərinin dəyişməsinə uyğun olaraq ölkə iqtisadiyyatının artım proqnozlarını formalaşdırıblar. Ölçü kimi götürülən Brent neftin qiyməti 35 USD/bll olarsa iqtisadiyyatın 2021-ci ildə 3%, 40 USD/bll olarsa 3.4% və 45 USD/bll olarsa 3.8% artım olacağını proqnoz edirlər.

Artıq yanvar ayından etibarən xarici birjalarda Brent neftinin qiyməti 50, fevraldan sonra 60 və İyundan etibarən isə 70 dolları ötmüşdür.

Son xəbərlər
Oxşar xəbərlər