23 C
Baku
Wednesday, August 17, 2022

Azərbaycanda yanvar ayında işsizlərin sayı artıb

2022-ci ilin yanvar ayında Azərbaycanda işsizlərin sayı artaraq 315.8 nəfər təşkil edib.

Bu barədə Banker.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumatda bildirilir.

DSK-nın məlumatına görə, 2022-ci il fevralın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5 milyon 304.3 min nəfər olmuş, onlardan 4 milyon 988.5 min nəfərini məşğul əhali təşkil edib.

Beləliklə, ölkədə son ayda işsizliyin səviyyəsi 5.952%-dən 5.954%-ə qədər cüzi artım müşahidə edilib.

Azərbaycanda işsizlik 2020-ci ilin iyunundan başlayaraq 6%-in üzərinə qalmış, 2021-ci ilin 1 fevralında 7.159% səviyyəsinə qədər qalxsa da növbəti aylarda azalaraq, 2021-ci ilin dekabrından sonra 6%-in altına düşüb. Pandemiyadan öncə isə rəsmi olaraq ölkədə işsizlik səviyyəsi 5%-in altında göstərilir.

77

Dövlət Statistika Komitəsi işsiz kimləri sayır?

İşçi qüvvəsinin müayinəsi -məşğulluq problemləri üzrə ev təsərrüfatlarının seçmə statistik müayinəsidir. Azərbaycanda statistika orqanları tərəfindən 2003-cü ildən keçirilməyə başlanmışdır, 15 və yuxarı yaşda olan əhalini əhatə edir; bunun əsasında işsizliyin səviyyəsi və tərkibi, iqtisadi fəal və məşğul əhali haqqında məlumatlar hazırlanır.

İşsizlər-əmək qabiliyyətli şəxslər üçün müəyyən olunmuş əmək qabiliyyətli yaşda:

  1. a) işi (pul və ya gəlir gətirən məşğuliyyəti) olmayan,
  2. b) iş axtarmaqla məşğul olan, yəni dövlət və ya kommersiya məşğulluq xidmətinə müraciət edən, mətbuatda elanlardan istifadə edən, birbaşa müəssisənin müdiriyyətinə və ya işəgötürənə müraciət edən, şəxsi əlaqələrdən istifadə edən və ya şəxsi işini təşkil etmək üçün təşəbbüs göstərən,
  3. c) müəyyən vaxt ərzində işə başlamağa hazır olan şəxslərdir.

Məktəblilər, tələbələr, pensiyaçılar və əlillər o zaman işsizlərə aid edilirlər ki, onlar iş axtarmaqla məşğul olmuşlar və işə başlamağa hazır olmuşlar. Əmək Statistiklərinin Beynəlxalq Konfransı tərəfindən qəbul olunmuş prinsiplər bu tərif üçün əsas kimi götürülmüşdür. İşsizlərin sayına, cinsinə, yaşına, təhsil səviyyəsinə, yaşayış yerinə, ixtisasına, iş axtarmaq davamiyyətinə (işsizlik davamiyyətinə bax) və s. görə məlumatlar əhalinin iqtisadi fəallığına dair müayinələrin məlumatlarına əsaslanır. İşsizlərin tərkibindən dövlət məşğulluq xidməti orqanlarında rəsmi qeydiyyata alınmış işsizlər ayrılır.

Son xəbərlər
Oxşar xəbərlər