27 C
Baku
Saturday, July 27, 2024

Azərbaycanda istehsal edilən məhsullar “Trendyol”da satıla bilər

Trendyol” Azərbaycanda istehsal edilən məhsulların bu platformada satışının təşkil olunması ilə maraqlanır.

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) rəhbərliyi ilə Türkiyənin tanınmış onlayn satış platforması olan “Trendyol”un nümayəndə heyəti arasında görüş keçirilib.

Trendyol” rəsmiləri çıxış edərək bildiriblər ki, təmsil etdikləri satış platforması Azərbaycan bazarına önəm verir. Qeyd edilib ki, şirkət Azərbaycanda istehsal edilən məhsulların da bu platformada satışının təşkil olunmasında maraqlıdır.

 

Son xəbərlər
Digər xəbərlər