8 C
Baku
Çərşənbə, Oktyabr 27, 2021

Azərbaycanda istehsal edilən polipropilen Rusiya və Qazaxıstana ixrac edilir

“Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC “SOCAR POLYMER” MMC-nin istehsal etdiyi polipropilen/polietilen məhsulunu ixrac rejimində Rusiya və Qazaxıstana nəql edir.

ADY Express şirkətinin təqdim etdiyi örtülü vaqonlar Sumqayıt stansiyasında yüklənərək yola salınır. Artıq 18 vaqona yüklənmiş 1140 ton polipropilen/polietilen, 2363 km yolu qət edərək Rusiyanın Noqinsk stansiyasına çatdırılıb. Mart ayının axırına qədər daha 2460 ton polipropilen/polietilen 39 vaqona yüklənərək Noqinsk stansiyasına göndəriləcək.

Bu ayın sonuna qədər polipropilen yükü Qazaxıstana da nəql ediləcək. 800 ton polipropilen 13 vaqonla Qazaxıstanın Atırau stansiyasına göndərilir. Onu da qeyd edək ki, Qazaxıstana yüklərin daşıma marşrutu Rusiya ərazisindən keçir. Sumqayıt-Yalama-Atırau marşrutu ilə daşınan yüklər, 1202 kilometr yolu qət etməli olur. Marşrut boyu daşımanı ADY Express şirkəti həyata keçirir.

Son xəbərlər
Oxşar xəbərlər