4 C
Baku
Thursday, January 26, 2023

Azərbaycanda istehsal ili 10 ildən artıq olan avtomobillərə görə vauçer veriləcək

“Avtomobil vətəndaşın şəxsi əmlakıdır. Əgər vətəndaşlar özləri istəsə, utilizasiya proqramı tətbiq ediləcək”.

Bunu artıq hazırlanmış və razılaşdırılma mərhələsində olan “Mexaniki nəqliyyat vasitələrinin utilizasiyası Proqramı” ilə bağlı ekologiya və təbii sərvətlər nazirinin müşaviri Rasim Səttar-zadə deyib.

Rasim Səttar-zadə bildirib ki, hər hansı şəxs tamamilə köhnə, istismar dövrünü başa vurmuş avtomobilini təhvil vermək istəsə, təhvil alınacaq və əvəzində vauçer veriləcək: “Utilizasiya proqramında köhnə avtomobillər dedikdə istehsal ili 10 ildən artıq olan avtomobillər nəzərdə tutulur. Avtomobilin markasından asılı olaraq, müxtəlif məbləğdə vəsait nəzərdə tutulacaq. Qiyməti 3-4 min manata qədər motosikletlərdən başlayaraq iri avtomobillərə qədər ancaq yeni maşın almaq üçün müraciət etdikdə, vauçerdə olan məbləğ həmin yeni avtomobilin satış qiymətindən çıxılacaq. Müəyyən fondda toplanmış məbləğdən bu məqsədlə vəsait ödəniləcək. Bu proqram vətəndaşı stimullaşdırıcı tədbir kimi yeni avtomobil almağa yönəldəcək. Vətəndaş yeni avtomobili alan zaman köhnə avtomobilini təhvil verərək daha ucuz almaq imkanı əldə edəcək”.

Qeyd edək ki, vauçer yazılı sertifikat, qəbz, malların alınmasını təsdiqləyən sənəd, mal və ya xidmətlər üçün endirimlərdir.

Son xəbərlər
Digər xəbərlər
X