26 C
Baku
Wednesday, July 2, 2025

Azərbaycanda istehsal olunan mühərrik yağı Ukraynaya ixrac olunacaq

AMEA Yüksək Texnologiyalar Parkının (YTP) Təcrübə-Sənaye Zavodunda istehsal olunan mühərrik yağı Ukraynada sınaqdan keçirilib.

YTP-dən verilən məlumata görə, parametrləri Ukrayna mütəxəssislərinin tələblərinə cavab verən “M-16ИХП-3У” mühərrik yağı qənaətbəxş nəticə göstərib.

Ukrayna mütəxəssisləri tərəfindən müsbət rəy alan bu yağın gələcəkdə sifariş olunması nəzərdə tutulur.

İstehsal olunan məhsulun keyfiyyət göstəriciləri Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində akkreditasiyadan keçib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər